Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 mərkəzdə sertifikasiya imtahanları keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyun tarixində Report.az-a istinadən verir.
İmtahanlar 21, 22 və 24 iyun tarixlərində Lənkəran şəhər 7 nömrəli və Masallı şəhər 1 nömrəli məktəblərdə təşkil olunmuş mərkəzlərdə baş tutacaq.
Bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.