Cənublu.az-ın işıqlandırdığı kökü yanmış rabitə dirəyi təmir olundu. Bu haqda məlumat bu gün, 3 yanvar tarixində redaksiyamıza məlumat daxil olub.
Belə ki, şəhərin Azad İsmayılov küçəsi 43 ünvanında yerləşən dirəyin yerə birləşən hissəsi yanmışdı. Bununla bağlı sakinlər Cenublu.az müraciət etmişdilər.
Yerə birləşən hissəsi kömürə çevrilən dirək yenisi ilə əvəz olunub.