Lənkəranda O.Mirzəyev adına qarışıq tipli uşaq evində konsert proqramı təşkil olunub. Bu haqda məlumat bu gün, 2 yanvar tarixində Lənkəran Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
C.Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün tamaşalar və əyləncəli proqramlarla çıxış ediblər. Kimsəsiz uşaqları sevindirən kollektiv onlarla əyləncəli zaman keçiriblər.
Tədbirin sonunda uşaqlara bayram sovqatları paylanılıb.
[caption id="attachment_8430" align="alignnone" width="300"]
Lənkəran Regional Mədəniyyət İdarəsi rəsmi Facebook səhifəsi[/caption]