Lənkəran şəhərində polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirib. Bu haqda məlumat bu gün, 28 yanvar tarixində Azertac-da paylaşılıb.
Belə ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat zamanı rayon sakinləri A.Əliyev və B.Əzizovun qanunsuz silah saxladıqlarını aşkar ediblər. Polis sakinlərdən müxtəlif markalı iki ov tüfəngi müsadirə edib.
Aidiyyəti üzrə təhvil verilən silahlar və sakinlərlə bağlı araşdırmalar aparılır.