Sakinlərin tez-tez istifadə etdiyi Lənkəranın 2 küçəsində artıq işıqlandırma işləri növbəti mərhələyə keçirilib. Bu haqda məlumatı bu gün, 7 yanvar tarixində Cenublu.az xəbər verir.
Belə ki, şəhərin İ.Səmədzadə və K.Kazımov küçələrində işıq naqilləri salındıqdan sonra işıq dirəkləri quraşdırılıb. Pilləli görülən işlər artıq sonuncu mərhələyə yaxınlaşır. Dirəklərdə plafonların quraşdırılması yaxın günlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, Cenublu.az küçələrdə işıq dirəklərinin olmaması ilə bağlı məlumat paylaşmışdı.