Masallı rayonunda məktəblilərin rahatlığı təmin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində Masallı Xəbərləri MİP-yə istinadən verir.
Köhnə Zuvand kəndinin dağ relyefli məktəb yolu və bu yolda yaranan problemlər bilik dalınca gedən şagirdlərə çətinliklər yaradırdı. Hazırda isə ərazidə 90 metr uzunluğunda dəmir konstruksiyalı pilləkən quraşdırılıb.