top
Katibənin çılpaq videosu yayıldı, məktəb direktoru BIÇAQLANDI 
16 aprel 2025, 03:25
- ↺ +

Katibənin çılpaq videosu yayıldı, məktəb direktoru BIÇAQLANDI 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astarada məktəb direktoru bıçaqlanıb.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Astara Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən 1964-cü il təvəllüdlü Bəhruz Qarayev (ad şərtidir) ötən ilin sentyabr ayında Astara şəhərində gözətçi işlədiyi məktəbin direktoruna hücum edib. Buna səbəb məktəb direktoru Aysel Əzimovanın (ad şərtidir) onun arvadı, bir zamanlar məktəbdə katibə işləyən Sevincə (ad şərtidir) aid çılpaq video-görüntüləri paylaşması olub. Ayseldən arvadına aid görüntüləri tələb etdikdə onun ünvanına nalayiq ifadələr işlədib, bıçaqla ona iki zərbə vurub.

Bəhruz Qarayev Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə Bəhruz Qarayev hadisədə özünü təqsirli bilib:

“Artıq 25 ildir ki, orta məktəbdə gözətçi işləyirəm. Aysel həmin məktəbin direktorudur. Yoldaşım Sevinc isə məktəbdə katibə işləyirdi. Sevinc Ayselin qanunsuz hərəkətlərini gördükdə prokurorluğa şikayət etdi. Bundan sonra bizə qarşı ədavətə başladı.

Hətta arvadıma aid videogörüntüləri yaydı. Özüm görməsəm də, eşitdiyimə görə, guya həyat yoldaşım çılpaq videolarını bir nəfər oğlana göndərib, o da görüntüləri direktora verib.

Aysel həmin videoları məktəbdə və təhsil sektorunda müxtəlif şəxslərə göstərib, Sevincin şərəf və ləyaqətini alçaltmağa çalışıb. Bundan sonra həyat yoldaşım ərizə yazaraq işdən çıxdı. Ayselin hərəkətlərindən bezdiyimə görə onu cəzalandırmaq və qorxutmaq qərarına gəldim. Öldürmək fikrim yox idi, belə fikirdə olsaydım, çoxlu bıçaq zərbəsi edərdim”.

Daha sonra məhkəmədə zərərçəkmiş Aysel Əzimova ifadə verib:

“Sevinc direktoru olduğum məktəbdə katibə, əri Bəhruz isə gözətçi işləyib. Təxminən 2 il əvvəl Sevinc yaxınlaşaraq məktəbdə olan vakant iş yerinə oğlu Samiri texniki işçi kimi qəbul etdirmək istədi. Mən isə həmin yerə Vətən müharibəsi qazisinin həyat yoldaşını götürdüm. Bundan sonra mənimlə ədavətə başladı, prokurorluq orqanlarına haqqımda böhtan xarakterli məlumatlar verdi.

Ötən ilin fevral ayında Sevincin çılpaq videoları yayıldı. Videoları məktəbdə müəllim və işçilərdən də görən olmuşdu. Görüntülər haqqında qadından soruşanda ona məxsus olmadığını, montaj edildiyini dedi. Bu hadisə məktəbin kollektivi arasında qınağa səbəb olduğundan işçilər iclas keçirdi və Sevinci işdən çıxarmağı təklif etdilər. O, bunu eşitdikdə özü ərizə yazaraq işdən çıxdı.

Hadisə günü isə seçkidə iştirak üçün məktəbə gəldim. Bəhruz həyatda üzərimə qaçanda qışqırmağa başladım. Özümü müdafiə etməyimə baxmayaraq bıçaqla bir neçə dəfə xəsarət yetirdi”.

Sonda məhkəmənin qərarı ilə Bəhruz Qarayev 2 il 6 ay azadlıqdan məhrum edilib.

 Fidan İlqar

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Oxşar xəbərlər