top
İtkin düşən 13 yaşlı qızın anasından iddia: “Qızımı Cəlilabad rayonundan Azad adlı oğlan aparıb” - YENİLƏNİB
22 may 2023, 04:47
- ↺ +

İtkin düşən 13 yaşlı qızın anasından iddia: “Qızımı Cəlilabad rayonundan Azad adlı oğlan aparıb” - YENİLƏNİB

***

Tovuz rayonunun Aşağı Quşçu kənd sakini, 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyevanın yeri müəyyənləşib. Bu haqda məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov verib:

“Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğunu, həyati təhlükəsinin olmadığını dəqiqləşdiriblər. İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”.

***

Tovuz rayonunun Aşağı Quşçu kənd sakini, 13 yaşlı Əfsanə Mətləb qızı Tağıyeva artıq dörd gündür ki, itkin düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində Oxu.az-a istinadən verir.

Məsələ ilə bağlı onun anası Samirə Tağıyeva bildirib ki, qızı sosial şəbəkədə Cəlilabad rayonundan olan Azad adlı bir şəxslə danışıb:

“Qızım VII sinifdə oxuyur. Mən oğlanla danışdığından xəbər tutdum və icazə vermədim. Dedim ki, tanımırıq kimdir, onunla danışmasın. “Məni öldürsəniz də, onunla gedəcəyəm”, - dedi. Hər gün ancaq WhatsApp-da danışırdılar. Atası da dedi: “Qızım, hələ uşaqsan, danışma”. Oğlanın nömrəsinə zəng edib dedim ki, qızıma yığmasın”.

S.Tağıyeva deyir ki, qızı qaçdığı gün telefondan nömrəni çıxarıb:

“Həmin gün işdən anamgilə gəldim və günorta yeməyi yedik. Elə uşaqlarım da oraya gəldilər. İki uşağım orada qaldı. Mən də Əfsanə ilə gedib, evə bazarlıq etmək istədim. O da dedi: “Ana, mən evə gedirəm”. Qızımı evə ötürdüm və bazarlıq etdim. Daha sonra kreditimizi ödəmək istədim.

Baxdım ki, şəxsiyyət vəsiqəm çantamda deyil. Nömrəmdə balans yox idi. Mağazada olan bir adamdan xahiş etdim ki, qızıma yazsın, sənədi atsın. Əfsanə atdı və krediti ödədim. Evə gəldim ki, qapı bağlıdır. Əfsanəni çağırdım, səs vermədi. Hamıya zəng etdim, qızımdan xəbər olmadı”.

“Qızımın çıxarıb atdığı nömrəsini telefonuma qoydum və WhatsApp-da “Əfsanə, gəlirsənmi, çatırsanmı?” mesajını gördüm. Cəlilabad Rayon Polis Şöbəsində oğlan ifadə verib. Bildirib ki, qızımdan xəbəri yoxdur. Amma mənim qızım onun əli ilə gedib”, - deyə ana ağlayaraq bildirib.

İtkin düşən Ə.Tağıyevanın əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, saçı qara və qısadır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər