Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 3 nəfərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində verir.
Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu olduqları müəyyən olunub.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.