top
İranda casusluqda ittiham olunan masallılı tələbənin məhkəməsi bitmək üzrədir
27 iyun 2023, 01:20
- ↺ +

İranda casusluqda ittiham olunan masallılı tələbənin məhkəməsi bitmək üzrədir

İranda cəsusluqda ittiham olunan Fərid Səfərlinin məhkəməsi bitmək üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində Güney AZfront Telegram kanalına istinadən verir.

Fəridin anası Dilarə Əsgərova bildirib ki, oğluna qarşı irəli sürülən ittiham əsassızdır.

“Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb. Fəridin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyiblər. Lakin İran tərəfi Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir, onu casusluqda ittiham edir”.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 27 yaşlı əslən Masallının Şərəfə kəndindən olan Fərid Səfərli 20 fevral tarixində həmin universitetdə təcrübə keçən həkim rəfiqəsinə baş çəkmək üçün Tehrana gedib. Lakin martın 4-dən onunla telefon əlaqəsi tamamilə kəsilib.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota verib. İran tərəfi notaya cavab olaraq, Fərid Səfərlinin həbs olunduğunu, ona qarşı cinayət işi başladıldığını bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Bu gün, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Bu gün, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Bu gün, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Oxşar xəbərlər