top
İntihar edən gömrükçünün ölümündən öncə son günü: o dostlarına nədən gileylənib
14 iyul 2022, 04:15
- +

İntihar edən gömrükçünün ölümündən öncə son günü: o dostlarına nədən gileylənib

Astara rayonunun Rüdəkənar kəndində kirayə yaşadığı evdə həyatına qəsd edən gömrük işçisi Əli Cahangirlinin həyatı və ölümünün son günü ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində Bakupost-a istinadən xəbər verir.

Belə ki, Əli Nəcəfalı oğlu Cahangirli 1986-cı ildə Naxçıvanın Babək rayonunun Nehrəm kəndində məşhur tarixçi, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin evində anadan olub. O, 12 ildir ki, gömrük sistemində çalışıb. Ailəli idi, üç azyaşlı oğlu olub.

Ölümündən 1 gün öncə işdən sonra dostları ilə birgə olub. Məclis boyu o, həvəsdən düşdüyünü, həyatdan bezdiyini bir neçə dəfə söyləyib. Məclis bitdikdə həmişə istifadə etdiyi taksini çağıraraq evinə yola düşüb. Evdə heç kim olmadığından və müştərini depressiv əhvali-ruhiyyədə görən taksi sürücüsü onunla qalıb. Səhərə kimi yemək süfrəsi arxasında söhbət ediblər. Sürücü onu özünə qəsd etmək firkindən daşındırmağa çalışıb. Səhər saat 08:00 radələrində taksi sürücüsü evinə qayıdıb. Hadisə də elə bundan sonra baş verib.

Əli Cahangirlinin hansı səbəbdən depressiyaya düşdüyü məlum deyil. Dostlarının və iş yoldaşlarının sözlərinə görə, o, deyib-gülən, şən biri olub və işdə heç bir problemi olmayıb.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mayor Əli Cahangirli Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini idi.

Mərhum Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 17:56

Ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI

Kriminal
Dünən, 17:33

"Boynunu sındırdım, başını bədənindən ayırdım" – Qətlin YENİ DETALLARI

İqtisadiyyat
Dünən, 17:00

Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb

Bütün xəbərlər
Dünən, 16:10

5 uşaq atasının dənizdə boğulduğu deyilirdi - Ölkəni tərk edibmiş

Bütün xəbərlər
Dünən, 15:30

Oqtay Əmənullayev vəzifəsindən AZAD OLUNDU

Bütün xəbərlər
Dünən, 14:45

Göytəpədə işıq problemi aylardır davam edir

Bütün xəbərlər
Dünən, 14:01

İtkin kimi axtarışı aparılan 8 nəfər tapıldı

İqtisadiyyat
Dünən, 13:15

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Bütün xəbərlər
Dünən, 12:30

Limanda yeməkxananın arxası zibilliyə çevrilib - VIDEO

Bütün xəbərlər
Dünən, 12:00

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 11:30

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Bütün xəbərlər
Dünən, 11:00

Mollakənd sakinləri köhnə elektrik xətlərindən narazıdır

İdman
Dünən, 10:34

Lənkəranlı güləşçi dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 09:50

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 09:17

Özlərini "Azərişıq"ın işçiləri təqdim edərək qız qaçırdanlarla bağlı qərar

Bütün xəbərlər
21 avqust 2026, 18:01

Avqustun ilk yarısında 11 504 uşağa 15 893 peyvənd tətbiq olunub

Faydalı
21 avqust 2026, 17:00

Məktəbli forması ilə bağlı valideynlərə MÜRACİƏT

İdman
21 avqust 2026, 16:00

Cəlilabadlı boksçu Avropa çempionatının finalına vəsiqə qazanıb

Bütün xəbərlər
21 avqust 2026, 15:30

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Bütün xəbərlər
21 avqust 2026, 15:00

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
21 avqust 2026, 14:30

Sabah 40 dərəcə isti olacaq

Bütün xəbərlər
21 avqust 2026, 14:00

İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanov dəfn edilib

İdman
21 avqust 2026, 13:30

Toral Bayramovun klubu Türkiyə 1-ci Liqasında azarkeş rekorduna imza atıb

Kriminal
21 avqust 2026, 13:00

Ötən gün 4,2 kiloqram narkotik vasitə aşkarlanıb

Oxşar xəbərlər