Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən “Dairəvi qala”nın dam hissəsi artıq tamamilə çöküb.
Məsələ ilə bağlı Lənkəran sakinləri tərəfindən Cenublu.az-a şikayətlər daxil olub. Redaksiyamız müraciətlər əsasında problemi dəfələrlə işıqlandırıb, lakin məsələ neçə ildir ki, həllini tapmır.
Xatırladaq ki, “Dairəvi qala”nın bərpası üçün ötən ay maliyyə vəsaiti ayrılıb.