Astara rayon Şiyəkəran kənd icra nümayəndəsi həbs olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində Unikal.org-a istinadən verir.
Belə ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.