top
Hirkan meşələri UNESCO-ya təqdim edilib
07 aprel 2023, 01:04
- ↺ +

Hirkan meşələri UNESCO-ya təqdim edilib

"Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Komitəsinə verilib. Bu haqda bu gün, 7 aprel tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Bu barədə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O, iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən meşə massividir: "Bu meşələr Pleistosen dövründə buzlaşmaya məruz qalmış və planetimizdə öz unikallığını qoruyub saxlaya bilən nadir ekosistemlərdən biridir. Bu baxımdan qədim relikt növlərlə zəngin olan Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq, UNESCO-nun Təbii İrs Siyahısına daxil edilməsi təklif edilib.

Bu məqsədlə hazırlanmış nominasiya sənədinə əsasən, Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli “Hirkan meşələri” nominasiyası hazırlanmış və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib".

Nazir qeyd edib ki, Yer kürəsində yayılmış 2500-dən çox palçıq vulkanlarından 350-yə qədəri Azərbaycanın payına düşür və ölkəmiz dünya üzrə bu sahədə özünəməxsus yer tutur: "Bu səbəbdən TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının 8-ci iclasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq, Azərbaycan ərazisində geoparkların yaradılması və UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması istiqamətində işlərə başlanılıb.

İnanırıq ki, palçıq vulkanları əsaslı geoparkın yaradılması ölkədə geoturizmin inkişafına və Azərbaycanın palçıq vulkanlarının ən çox yayıldığı ölkə kimi tanınmasına təkan verəcək".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
03 oktyabr 2026, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Oxşar xəbərlər