Masallıdan olan arvadını və körpəsini öldürən şəxsə hökm oxunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində Baş Prokurorluğa istinadən verir.
Bildirilib ki, iyunun 20-də Qobu qəsəbəsində 20 yaşlı Leyla Hüseynli və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda cinayət işi başlanılıb. 30 yaşlı Fərid Hüseynli isə təqsirləndirilən şəxs qismində tanınıb. Məhkəmənin qərarı ilə o həbs edilib.
Xatırladaq ki, F. Hüseynli ailə üzvlərini kəsici-deşici alətlə öldürəndən sonra özünə də xəsarət yetirmişdi.