top
Girdəni kəndində yerləşən uşaq bağçası 60 ildən çoxdur ki, əsaslı təmir olunmayıb
21 iyun 2023, 07:18
- ↺ +

Girdəni kəndində yerləşən uşaq bağçası 60 ildən çoxdur ki, əsaslı təmir olunmayıb

Lənkəran rayonunun Girdəni kəndində yerləşən uşaq bağçası qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyun tarixində Baku TV-yə istinadən verir.

Sakinlər bildirirlər ki, kənddə əksər valideynlər mövcud problem səbəbindən övladlarını başqa bağçalara aparmaq məcburiyyətində qalırlar.

Onların sözlərinə görə, bağça binası artıq uşaqlar üçün təhlükəyə çevrilib:

“Binanın altı ilan, kərtənkələ, qırmızı əqrəblə doludur. Uşaqlar qapıya, pəncərəyə yaxınlaşa bilmirlər”.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşı Fəridə İsmayılova bildirib ki, Girdəni kənd uşaq bağçasının yerləşdiyi bina 1961-ci ildə tikilib, 1972-ci ildən bağça binası kimi fəaliyyət göstərir:

“Bu günə kimi bina əsaslı təmir olunmamışdır. Müvafiq qurumlar tərəfindən bağçaya baxış keçirilmiş və yaxın dövrdə yeni bağça binasının tikintisi məsələsi nəzərdə tutulmuşdur”.

Qeyd edək ki, bağçada əvvəllər 3 qrup üzrə 55 uşaq təlim-tərbiyə alıb. Bina qəzalı vəziyyətə düşəndən sonra isə hazırda bağçada cəmi 1 qrup üzrə 20 uşaq var.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Bu gün, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Bu gün, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Bu gün, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Oxşar xəbərlər