Astarada genişmiqyaslı ağacəkmə aksiyası baş tutub. Bu haqda bu gün, 7 aprel tarixində Cenublu.az Astara Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Rayonun Astara-Bakı marşrutunun “Körpü ərazisi” sahəsində keçirilən ümumrayon ağacəkmə aksiyasında Astara rayon Gənclər və İdman idarəsinin əməkdaşları fəal iştirak ediblər. Aksiya çərçivəsində ərazidə meyvə ağacları əkilib, onlar üçün dayaqlar bərkidilib və ağaclar suvarılıb.