Lerik rayonunun Monidigah kəndindən olan Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində verir.
Qeyd edək ki, daha öncə (2004-2023) ekologiya və təbii sərvətlər nazirinin müavini olan Firdovsi Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.