top
Güclü külək Cəlilabad və Masallı rayonlarının təhsil müəssisələrinə ziyan vurub
28 aprel 2023, 02:00
- ↺ +

Güclü külək Cəlilabad və Masallı rayonlarının təhsil müəssisələrinə ziyan vurub

Cənub zonasında baş vermiş güclü külək nəticəsində bir neçə məktəb və bağçaya ziyan dəyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 aprel tarixində Apa.az-a istinadən verir.

Belə ki, Cəlilabad və Masallı rayonlarında güclü külək və dolu ilə müşahidə edilən qasırğa zamanı bəzi təhsil müəssisələrinə ciddi ziyan dəyib.

Cəlilabad rayonunun Uzuntəpə kənd 1, Privolnoye kənd 1 nömrəli və Komanlı kənd tam orta məktəblərinin tədris və yardımçı binalarının dam örtükləri, pəncərələri və bəzi taxta konstruksiyalarına ciddi ziyan dəyib. Şəhər 5 nömrəli ümumi orta məktəbinin isə dam örtüyünə qismən ziyan dəyib.

Masallı rayonu Təzə Alvadı kənd uşaq bağçasının dam örtüyü uçub. Güclü küləklə yanaşı, yağan leysan yağış bağçanın tədris və yataq otaqlarına da ciddi ziyan vurub.

Qeyd edək ki, Təzə Alvadı kənd uşaq bağçası 1988-ci ildə tikilib və istifadəyə verilib. Hazırda bağçada 60 uşaq olmaqla 3 qrup fəaliyyət göstərir. İstifadəyə verildikdən sonra bağçada cari və ya əsaslı təmir aparılmayıb.

Eyni zamanda külək nəticəsində Sığıncaq kənd tam orta məktəbinin idman zalının dam örtüyü və Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbin qazanxanasının üstü uçub.

Ziyan dəymiş müəssisələrə təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib, qüsur aktları tərtib edilib və qısa vaxt ərzində təmir işlərinin icrasına başlanılacağı bildirilib.

Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi digər korpuslarda iki növbəli sistemə keçərək davam edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər