top
Evində nadir vallar saxlayan Lənkəran sakini - Əli Əkbərov
15 may 2023, 06:25
- ↺ +

Evində nadir vallar saxlayan Lənkəran sakini - Əli Əkbərov

Lənkəran sakini nadir tapılan musiqi vallarının toplanması ilə məşğuldur. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.

Cil kənd sakini Əli Əkbərov 30 ildən çoxdur ki, musiqi vallarının toplanması ilə məşğuldur. O, kolleksiyasında çox nadir musiqi vallarını qoruyub saxlayır. Əli Əkbərov Lənkəran Regional Mədəniyyət İdarəsinin Şağlaser kənd Sənətkarlıq evinin işçisidir. 1993-cü ildə Bakı Mədəni Maarif Texnikumunu bitirib. Görkəmli opera ifaçısı Mais Salmanov və unudulmaz aktyor Mikayıl Mirzə onun müəllimləri olublar.

Əli Əkbərov evinin bir otağını Azərbaycanın musiqi sənətkarlarına aid olan musiqi vallarından ibarət kolleksiya ilə bəzəyib. O, bu kolleksiyanı 30 ilə bir araya toplaya bilib. “Mənim incəsənətə uşaqlıqdan həvəsim olub. Rəhmətlik babamın radiolu patefonu və bir neçə qədim valı var idi. Məndə də meyil buradan yaranmışdı ki, böyüyəndə mütləq öz musiqi arxivimi yaradacağam. İstəyirdim ki, ürəyim istəyən zaman Yavər xanım, Xan Şuşinski, Seyid Şuşinski və Rübabə xanımın mahnılarını dinləyə bilim. Bunun üçün də başladım valları toplamağa və bir də gördüm ki, artıq çoxlu val yığmışam. Musiqi vallarını yığmaqda məqsədim bu valların lentli kasetlərə nisbətən daha çox uzunömürlü olması idi. Musiqi valları 1991-ci ilə kimi istehsal edilib. 1991-ci ildən SSRİ-nin “Melodiya” val istehsal edən zavodunun Bakıdakı satış məntəqəsi fəaliyyətini dayandırdı”, - deyə Əli Əkbərov bildirib.

Əli Əkbərov hələ orta məktəbdə oxuduğu illərdən valları yığmağa başlayıb. Onun sözlərinə görə, valların bir hissəsini qohum-əqrabası, kənddə tanışlar veriblər: “Tələbə olanda qrup yoldaşlarım mənim musiqi vallarına olan sevgimi bilib, öz rayonlarından əldə etdikləri valları gətirib hədiyyə edirdilər. Müəllimlərim də mənə val verirdilər. Bakıda musiqi valları satan mağazaları bir-bir gəzib lazım olan valları alırdım. Hazırda kolleksiyamda 1200-ə qədər val var. Valların çoxu orijinaldır. Bunların arasında 1930-cu illərdə Qurban Pirimova, Əhməd Bakıxanova və böyük müğənnimiz Bülbülə məxsus olan, eləcə də 1961-ci ilə kimi çıxan vallar var. Ən yeni vallar isə 1991-ci ildə buraxılıb. Kolleksiyamda ən qədim val isə Cabbar Qaryağdıoğlunun 1905-ci illərdə ifa olunmuş muğamlarından ibarət "plastinka"dır”.

Hazırda Əli Əkbərovun kolleksiyası şəxsi muzey kimi tanınır. Buna görə də onun evini ziyarət edənlər də olur.

[caption id="attachment_38274" align="alignnone" width="336"]Əli Əkbərov Azərtac[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər