Lənkəran rayonunun Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyun tarixində verir.
Belə ki, FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəgiran kənd sakininə müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq təhvil verilib.