top
“Ən çox 50 yaşdan yuxarı şəxslər boşanır” – Dövlət Komitəsinin sektor müdiri ilə MÜSAHİBƏ
14 aprel 2025, 12:57
- +

“Ən çox 50 yaşdan yuxarı şəxslər boşanır” – Dövlət Komitəsinin sektor müdiri ilə MÜSAHİBƏ



“Ailə – kiçik bir dövlətdir”. Bu ifadə nə vaxt deyilib, dəqiq bilən yoxdur, amma mahiyyəti hər zaman, bütün məqamlarda dəyişməzdir. Öz qayda-qanunları, adətləri ilə fərqlənən ailələr ümumilikdə həm də oxşardır.




Amma bu “dövlətin” müasir problemləri, boşanmaların sayının artması gündəmdən düşməyən mövzulardandır.

İnsanoid.com-un müsahibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun müdiri, sosioloq Zəminə Səfərovadır.

Onunla müsahibəni təqdim edirik:

–  Son illərdə ölkəmizdə boşanma hallarının sayı artıb. Cəmiyyətimizin bir çox üzvü boşanmaların əsas səbəbini sosial şəbəkələrdə görür. Hesab olunur ki, ailələrdə münaqişələrin artmasında sosial şəbəkələrin rolu böyükdür. Sizcə, belədirmi?

– Bəli, son illərdə ölkəmizdə boşanma hallarının sayı artıb. Faktların təhlili göstərir ki, boşanmalarda müxtəlif amillərin- qayınanalar, maddi səbəblər, xəyanət, uşağın olmaması, ailə məsuliyyətini yerinə yetirməmə, kənar müdaxilələr, həddən artıq qısqanclıq, yalan danışmaq, cütlüklərin bir-birinə vaxt ayırmaması, zərərli vərdişlərə aludə olmaq və sosial şəbəkələrin rolu var.

Komitə tərəfindən aparılan son təhlillərdə sosial şəbəkələrin təsirindən boşanmalar faiz baxımından ən sonuncu yerdədir.

– Boşanmaq üçün müraciət edənlər arasında üstünlük hansı yaş aralığındadır?

– Boşananlar arasında tək gənclər deyil, hətta uzun müddət evli olanlar da var. Yaşı 50-dən, 60-dan yuxarı olanlar da çoxluq təşkil edir.

– Maraqlıdır, 50-60 yaşdan yuxarı boşananlar hansı səbəbləri gətirirlər?

– Bu ailələrin dağılmasının arxasında sosial, iqtisadi və psixoloji faktorlar dayanır. Yaş artdıqca, həyat keyfiyyətinə və şəxsi rifaha diqqət artır. Bəzi cütlüklər fərqli həyat tərzi seçirlər. Bu da münasibətlərin davamlılığına təsir göstərir. Bəzən sağlamlıq problemləri və qayğı ehtiyacı münasibətləri daha da gərginləşdirir. Uzunmüddətli evliliklərin boşanma ilə nəticələnməsi fərdi və sosial dəyişikliklərin qaçılmaz nəticəsi ola bilir.

– Gənclərin yeni ailə mühitinə uyğunlaşma müddəti nə qədərdir?

– Ailə psixologiyasına görə, tərəflər evliliyin ilk 3 ilini daha çox yeni ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini daha da yaxından tanımağa çalışmalı, gözləntilərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Hər bir gənc ailə qurduqda yeni ailə ənənələrinə uyğunlaşana qədər dözüm, səbr göstərməlidir. Əgər həmin dövrdə heç bir ciddi konflikt yaranmasa, o zaman gənclərin ailə təməli daha da möhkəmlənər.

– Ümumiyyətlə, müasir və gənc ailələrin problemləri nələrdir? Bu problem nədən başlayır?

– Yeni ailə quran gənclərin evində süfrə mədəniyyəti olmalıdır. Ailə bir yerdə yemək yeməyə alışmalıdır ki, sonra üzvlərin sayı artdıqca bu ənənə davam etsin.

İndiki gənclərin əksəriyyəti istəklərinə valideyinlərin köməyi ilə tez nail olduqlarına görə, əziyyətin-əməyin nə olduğunu dərk etmirlər. Sonda da belə gənclər gələcək həyatlarında da hər şeyə tez və asanlıqla nail olmaq istəyində olurlar.

Yaxşı olar ki, övladlar məqsədlərinə əziyyətlə yüksəlməyə vərdiş etsinlər. Əgər gənc əməyi-zəhməti ilə nəyəsə nail olarsa ,o zaman onun dəyərini-qiymətini də biləcək. Burada valideyinlərin rolu böyükdür. Bəzən valideyinlər uşağıma “qıymaram”, “qoymaram əziyyət çəksin” bu kimi düşüncələrlə yanaşır. Bu uşağın hər şeyə hazır, asanlıqla nail olmasına gətirib çıxarır. Nəticədə gələcək həyatlarında çətinliklər qarşısında belə dözümsüz, səbrsiz olurlar.

– Bəzən yaşlı nəsil müdaxiləsini vacib görürlər. Amma indiki dövrdə bir çox gənc böyük məsləhətini eşitmək istəmir.

– Əvvəllər ailənin dağılmasına, boşanmağa faciə kimi yanaşanlar bu gün onu adi bir hal kimi qəbul edərək ailəsini dağıdır, bir-birindən ayrılırlar. Bir vaxtlar yaranmış söz-söhbətlər, çatışmazlıqlar ağsaqqal, ağbirçək məsləhəti ilə yoluna qoyulurdusa, indi bu barədə danışmağa belə dəyməz. Xırda problemlər qlobal bəla səviyyəsinədək şişirdilir və sonda da ayrılmağa qərar verilir.

Bir çox hallarda ailənin dağılmasına qızın yeni düşdüyü mühitin onu qəbul etməməsi də səbəb olur. Anası ilə həyat yoldaşı arasında yaranan xoşagəlməz münasibətlərin öhdəsindən gələ bilməyən və məsələnin məcrasına düşməsində qəti mövqe göstərməyi bacarmayan oğul sonda kənara çəkilərək ailənin dağılmasına şərait yaradır.

– Bəs ailənin uzunömürlü olması üçün nə edilməlidir?

– Təcrübə göstərir ki, ailənin uzunömürlü olması üçün gənclər daha çox məhəbbət faktoruna üstünlük versələr də, belə nikah əksər hallarda uğursuzluqla nəticələnir. Yəni sevgi xülyaları üzərində qurulan ailələrin bir çoxunun ömrü qısa olur. Bu müddət ərzində onların bir-biri üçün çox adi insanlar olduğu aydınlaşır və izdivaca asanlıqla son verilir.

Valideyn məsləhəti ilə qurulan ailələr nisbətən daha sabit olur. Çünki valideynlər məhz ailənin kökünü, əsil-nəslini, özlərinə münasib olub-olmamasını müəyyənləşdirdikdən sonra belə izdivacın baş tutmasına razılıq verirlər. Lakin yeni qurulan ailələrin problemlərinə nəzər saldıqda asanlıqla söyləmək olar ki, sadaladığımız hər iki faktorda ailələrin dağılmasını və uzunömürlü olmamasını görmək mümkündür.

– Kənar müdaxilələr boşanmalara nə dərəcə təsir edir?

– Saydığımız səbəblərə baxdıqda anaların rolunun daha çox vacib olduğunu qeyd etmək olar. Çünki ailədə söz-söhbət olduqda öncə hər iki ana xəbərdar olur. Əgər ana övladına doğru yol göstərsə, o zaman yeni ailə quran gənclərə müsbət təsiri ola bilər.

– Ailə dəyərlərini və bərabərliyi qorumaq üçün gənclər nə etməlidirlər?

– Ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Gənc ailələr səbrli davranmalı, hər xırda problemə görə hər şeyi atıb getməyi çıxış yolu kimi görməməlidirlər. Eyni zamanda, hər iki tərəf əziyyətlə qurulan yuvanı dağıtmağa qıymaz. Əgər valideynlər övladlarına ailə məsuliyyətini, əziyyətini öyrətməsə, sonu heç də yaxşı olmur.

Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Bu gün sevindirici haldır ki, gənclərimizin elm, bilik, mədəni səviyyəsi günü-gündən yüksəlir. Bütün bunların başlanğıcı ailədən götürülür. Ona görə də gənclərimiz hər zaman ailə mədəniyyətini və dəyərlərini öndə tutmalıdırlar.

Fidan İlqar


Son xəbərlər

İqtisadiyyat
Dünən, 17:51

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI

Bütün xəbərlər
Dünən, 17:16

Lənkəranda qardaşını qətlə yetirən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 16:30

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

İqtisadiyyat
Dünən, 15:13

İşləyən pensiyaçılar üçün yeni təklif

Bütün xəbərlər
Dünən, 14:33

Sabah hava necə olacaq?

Məişət
Dünən, 13:36

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

Məişət
Dünən, 12:49

Cənublu Əməkdar müəllim vəfat etdi

Məişət
Dünən, 11:30

Lerikdə qarın hündürlüyü 1.15 metri keçib

Məişət
Dünən, 10:26

Biləsuvar sakini Bakıda dəm qazından ölüb

Bütün xəbərlər
Dünən, 09:24

Saatlıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

Bütün xəbərlər
20 yanvar 2026, 16:30

Lerikin kəndlərinin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək

Bütün xəbərlər
20 yanvar 2026, 15:29

Cəlilabad–Yardımlı yolu bağlanıb, 50-dən çox kənd işıqsız qalıb

Bütün xəbərlər
20 yanvar 2026, 14:30

Neftçalada 20 Yanvar şəhidləri anıldı

Bütün xəbərlər
20 yanvar 2026, 13:10

Sabah  hava necə olacaq?

Bütün xəbərlər
20 yanvar 2026, 12:14

Lənkəran 20 Yanvar şəhidlərini ehtiramla andı

Bütün xəbərlər
20 yanvar 2026, 11:12

Lerikdə 1 metr hündürlüyündə qar yağıb

Sizi maraqlandıran
20 yanvar 2026, 09:59

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Astaradadır

Bütün xəbərlər
20 yanvar 2026, 09:03

İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb

Bütün xəbərlər
20 yanvar 2026, 00:12

İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
20 yanvar 2026, 00:01

Qanlı Yanvardan 36 il ötür

Bütün xəbərlər
19 yanvar 2026, 23:26

Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
19 yanvar 2026, 17:19

Ölkədə nikahların və boşanmaların sayı azalıb

Bütün xəbərlər
19 yanvar 2026, 16:36

Cəlilabad–Yardımlı yolu bağlanıb

Bütün xəbərlər
19 yanvar 2026, 15:59

Şiddətli geomaqnit qasırğası gözlənilir

Oxşar xəbərlər