top
Döyülən məktəblinin sinif rəhbəri danışdı: 15 yaşında qızın nə əxlaqsızlığı ola bilər?
16 iyul 2022, 06:00
- ↺ +

Döyülən məktəblinin sinif rəhbəri danışdı: 15 yaşında qızın nə əxlaqsızlığı ola bilər?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəsilə Əliyevanın döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalovanın ibtidai sinif müəllimi Gülzar Əliyeva məsələ ilə bağlı bu gün, 16 iyul tarixində Bizim.media saytına açıqlama verib.

“Aliyə artıq 9-cu sinifdə oxuyur. Mən onları 5-ə qədər aparmışam. Ümumiyyətlə o sinfin xarakteristikası çox gözəldir. Hamısı çox yaxşı uşaqlardır. 4 il onlara analıq və müəlliməlik etmişəm. Mən Aliyənin aldığı xəsarətləri gördüm. Düşünəndə ki, övladımı kimsə döyüb, o anda nə edərəm, bilmirəm. Açığı dünən mediada oxudum ki, guya Aliyə Camalovanı Rəsilə Əliyeva ilə birgə Yeganə Əsgərova da döyüb. Mən Yeganə müəlliməni 30 ildən çoxdur tanıyıram. O səsini qaldıra bilər, amma əlini yox... Həmişə şagirdlərinin arxasında dayanıb. Hələ də təəcüb içindəyəm. Hər halda araşdırmaların nəticəsində həqiqətlər ortaya çıxacaq”.

Rəsilə Əliyevanın Aliyəni və ailəsini əxlaqsız adlandırması ilə bağlı Gülzar müəllim bunları deyib: “O sinifdə əxlaqsız uşaq ola bilməz. Nəinki Aliyə, heç bir qız və ya oğlan barədə belə ittihamın irəli sürülməsi ciddi yalnışlıq olar. 15 yaşında qızın nə əxlaqsızlığı ola bilər? Aliyədə ana, ata, baba və nənə qayğısı əskik olmayıb. Anası Ləman xanımı uzun müddətdir ki, tanıyıram. Çox mədəni və ziyalı xanımdır. Onda olan bütün mədəni xüsusiyyətlər də Aliyədə toplanıb. Sakit, tərbiyəli, yalanı və əsəbi olmayan qızdır”.

Daha sonra o, Rəsilə Əliyeva haqda danışıb: “Rəsilə Əliyevanı həm valideyn kimi, həm də həmkar kimi tanımışam. İcra başçısının müavini olmamışdan əvvəl bizim məktəbdə Azərbaycan dili fənnini tədris edib.

Təxminən 8 il olar ki, bir yerdə çalışmırıq. Onun qızı Sara da mədəni qızdır. Sara ilə Aliyənin çox gözəl münasibətləri olub. Heç vaxt bir-birlərinə qarşı aqressiv olmayıblar. Belə bir olayın yaşanması çox qəribədir...”.

Qeyd edək ki, Lənkəran şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovanın Lənkəran şəhər icra başçısının müavini Rəsilə Əliyeva tərəfindən döyülməsi Daxili İşlər Nazirliyinin regional şöbəsinə daxil olmuş müraciət əsasında araşdırılır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Lənkəranda qurumuş ağac təhlükə saçır - VİDEO

Bütün xəbərlər
Bu gün, 17:27

Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib

Bütün xəbərlər
Bu gün, 17:02

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:30

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Bütün xəbərlər
Bu gün, 15:15

Şagirdlər məktəbdə hazırladıqları qidadan ZƏHƏRLƏNDİLƏR

Bütün xəbərlər
Bu gün, 14:40

Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:35

ADY-dən yükdaşımalarla bağlı açıqlama

Kriminal
Bu gün, 13:00

Masallıda borcunu istəyəni döyüb, qulaq pərdəsini deşdi

Bütün xəbərlər
Bu gün, 12:25

Lənkəranda "Vətənə fəda olmuş sevgilər" bədii kompozisiyası təqdim olunacaq

Bütün xəbərlər
Bu gün, 11:45

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Bütün xəbərlər
Bu gün, 11:10

Masallıda kəndin qaz təchizatında fasilə yaranacaq

Kriminal
Bu gün, 10:30

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

İqtisadiyyat
Bu gün, 09:50

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 09:17

Astaralı şəhidimizin anım günüdür

Siyasət
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 13-cü günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Bütün xəbərlər
Dünən, 17:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Bütün xəbərlər
Dünən, 16:25

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq - EKSKLÜZİV

Bütün xəbərlər
Dünən, 15:50

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 15:15

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Bütün xəbərlər
Dünən, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:00

Cəlilabadlı şəhidimizin ad günüdür

Oxşar xəbərlər