top
Döyülən məktəblinin anası: Rəsilə Əliyeva uşağımı ölümcül vəziyyətə salıb
15 iyul 2022, 06:03
- ↺ +

Döyülən məktəblinin anası: Rəsilə Əliyeva uşağımı ölümcül vəziyyətə salıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Əliyeva və V.Əliyev adına Lənkəran şəhər 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdinin döyülməsi xəbəri gündəmi zəbt edib. Məsələ ilə bağlı məktəblinin anası Ləman Camalova bu gün, 15 iyul tarixində Bizim.media saytına açıqlama verib.

Valideynin sözlərinə görə, qızı Aliyə Rəsilə Əliyevanın qızı Sara ilə rəfiqədirlər və bir sinifdə oxuyurlar. “Qızım nənəsi ilə Lənkəranda qalır və həmin rayonun 4 saylı orta məktəbində təhsil alır. Mən isə Bakıda yaşayıram. Səhər tezdən Sara qızıma zəng edib ki, 9-cu sinif attestatları bizdədir, gəl götür. Qızımın dalınca maşın da göndəriblər. Rəsilə Əliyeva qızımı evində 5-6 nəfərin gözü qarşısında döyüb və nalayiq ifadələrlə söyüb. Başına telefonla, təpiklə, əli ilə zərbələr endirib. Bir azdan həmin evə V.Əliyev adına Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova gəlib. Görün, bu qadın necə qudurğandır ki, bu qədər adamın gözünün qarşısında uşağımı ölümcül vəziyyətə salıb. Qız elə haldadır ki, deyiləsi deyil. Travmadan başı ağrıyır, ürəyi bulanır. Bu gün yenidən həkimə aparacağam. Uşağım onun əlində ölsəydi, nə cavab verəcəkdi? İndi direktor gəlib ayaqlarıma düşsün, görüm nə deyəcək?”, - Ləman Camalova söyləyib.

Həmçinin o bildirib ki, Sara dəfələrlə Aliyənin telefonundan sevdiyi oğlana mesaj yazıb. Oğlan da Aliyəyə yazmaqla Sara ilə əlaqə qurmalı olub.

“Rəsilə Əliyeva qızımı və məni əxlaqsız adlandırıb. Öz adını bizə qoyub. Haqqımda, hətta çalışdığım kollektivdən belə məlumat öyrənə bilərsiz. Bu günə qədər haram çörək yeməmişik. Bir də Rəsilə Əliyeva barədə məlumat toplayın, görün bütün rayon nə deyir. Təsəvvür edin ki, qızım polis bölməsində ifadə verəndə, Rəsilə Əliyevadan eşitdiyi ifadələri təkrarlaya bilmədi. Dedi dilə gətirməyə utanıram. Çünki ömründə elə sözlər eşitməyib”.

Ləman Camalova qızına ağır xəsarətlər yetirən Rəsilə Əliyeva barəsində Lənkəran rayon Polis Şöbəsinə şikayət ərizəsi yollayıb və icra başçısının müavininin məsuliyyətə cəlb olunmasını tələb edib.

“Fakt ortadadır. Xəsarətlərlə bağlı ekspertiza rəyi var. Bu məsələnin sonuna qədər gedəcəyəm və Rəsilə Əliyeva zorakı əməlinə görə cavab verəcək”, - deyə qadın əlavə edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Lənkəranda qurumuş ağac təhlükə saçır - VİDEO

Bütün xəbərlər
Bu gün, 17:27

Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib

Bütün xəbərlər
Bu gün, 17:02

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:30

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Bütün xəbərlər
Bu gün, 15:15

Şagirdlər məktəbdə hazırladıqları qidadan ZƏHƏRLƏNDİLƏR

Bütün xəbərlər
Bu gün, 14:40

Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:35

ADY-dən yükdaşımalarla bağlı açıqlama

Kriminal
Bu gün, 13:00

Masallıda borcunu istəyəni döyüb, qulaq pərdəsini deşdi

Bütün xəbərlər
Bu gün, 12:25

Lənkəranda "Vətənə fəda olmuş sevgilər" bədii kompozisiyası təqdim olunacaq

Bütün xəbərlər
Bu gün, 11:45

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Bütün xəbərlər
Bu gün, 11:10

Masallıda kəndin qaz təchizatında fasilə yaranacaq

Kriminal
Bu gün, 10:30

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

İqtisadiyyat
Bu gün, 09:50

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 09:17

Astaralı şəhidimizin anım günüdür

Siyasət
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 13-cü günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Bütün xəbərlər
Dünən, 17:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Bütün xəbərlər
Dünən, 16:25

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq - EKSKLÜZİV

Bütün xəbərlər
Dünən, 15:50

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 15:15

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Bütün xəbərlər
Dünən, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:00

Cəlilabadlı şəhidimizin ad günüdür

Oxşar xəbərlər