Lənkəran şəhər Heydər Əliyev parkında oturacaqlar təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində verir.
Belə ki, xalq arasında “Dosa” parkı kimi tanınan ərazidə yerləşən oturacaqlar rənglənib və təmirə ehtiyac olanları düzəldilib.
Sakinlər bildirirlər ki, parkda oturacaqların sayı kifayət qədər deyil və onlar, ələlxüsus da yay aylarında gəzinti zamanı parkda oturmağa yer tapmırlar.