top
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Bu gün, 16:05
- +

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.

Cenublu.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub.

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar təqdim edilib.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar açıqlanıb.

DİM-dən bildirilib ki, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Əvvəlcədən məlumat verildiyi kimi, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil - ingilis, alman, fransız, rus, ərəb və fars dilləri üzrə dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən - publisistik və ya dialoq formalı - və ona aid 4 tapşırıqdan istifadə ediləcək.

Oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə olunacaq. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə isə 13 qapalı tipli tapşırıq tətbiq ediləcək.

Yazı bacarıqlarının yoxlanılması məqsədilə verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq tətbiq ediləcək.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili - Azərbaycan dili və rus dili - və riyaziyyat fənlərindən 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında da 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində istifadədə olan "Azərbaycan dili" dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq proqramda saxlanılmış feilin şəkilləri - xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli və şərt şəkli - mövzusu ilə DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.

Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnindən 7-ci siniflərdə yeni dərslik istifadəyə verilib. Bu dərslik məzmun və terminlərin işlənməsi baxımından əvvəlki nəşrdən tamamilə fərqlidir.

Proqramlarda bu dərsliyin materialları nəzərə alınmayıb, çünki hazırda 9 və 11-ci sinifdə təhsilalanlar həmin dərsliyi keçməyiblər. Ona görə də həmin dərslik ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliyin əvvəlki nəşrinə istinad ediləcək. Həmin materiallarla da DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq olar.

Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilib. Ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməyib. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlardan isə orta məktəbdə öyrənilənlərin təkrarı üçün istifadə edilə bilər.

Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları "Abituriyent" jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:01

Arıçı: "Lənkəranda əlverişsiz hava arıçılıqda məhsuldarlığı aşağı salıb"

Siyasət
Bu gün, 11:30

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Bütün xəbərlər
Bu gün, 11:00

Xəzər dənizində zəlzələ olub

Bütün xəbərlər
Bu gün, 10:02

Kollecə sənəd vermək istəyənlərin DİQQƏTİNƏ!

Bütün xəbərlər
Bu gün, 09:06

Lənkəranlı fermerin bambuk biznesi: 50 günə yetişir

Bütün xəbərlər
Dünən, 14:32

"Məktəblərdə telefon qadağası təsadüfi deyil" - NAZİR

Bütün xəbərlər
Dünən, 12:05

Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı

Bütün xəbərlər
Dünən, 11:02

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

Bütün xəbərlər
Dünən, 10:02

Sabahdan bağçaya növbəyə yazılma prosesinə başlanılır

Bütün xəbərlər
Dünən, 09:06

Zəfərə 1 gün qalmış şəhid olan Şuşa fatehi

Bütün xəbərlər
08 sentyabr 2026, 17:35

Yardımlıda rəqəmsal mühitdə narkotik risklərinə qarşı maarifləndirmə aksiyası təşkil olunub

Bütün xəbərlər
08 sentyabr 2026, 16:03

1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

Kriminal
08 sentyabr 2026, 15:05

26 yaşlı Yardımlı sakini daş karxanasında ürəktutmadan öldü

Bütün xəbərlər
08 sentyabr 2026, 14:03

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün xəbərlər
08 sentyabr 2026, 13:03

Ötən gün 44 cinayətin açılması təmin olunub

Bütün xəbərlər
08 sentyabr 2026, 12:04

Cənubda təhsil səviyyəsi zəifdir – NAZİR

Bütün xəbərlər
08 sentyabr 2026, 11:03

Neftçalada 4 hektara yaxın ərazi yanıb

Bütün xəbərlər
08 sentyabr 2026, 10:03

Peşə təhsilinə qəbulun III mərhələsi keçiriləcək – RƏSMİ

Kriminal
07 sentyabr 2026, 17:49

85 yaşlı anasını öldürən şəxs cəzasından şikayətçi oldu

Bütün xəbərlər
07 sentyabr 2026, 17:01

İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi

Bütün xəbərlər
07 sentyabr 2026, 15:03

Bu müəllimlər imtahana cəlb olunacaqlar

Bütün xəbərlər
07 sentyabr 2026, 15:01

Bu məktəblərdə təmayüllü siniflər olacaq

Bütün xəbərlər
07 sentyabr 2026, 14:02

Cəlilabadda Tunc dövrünə aid saxsı qablar aşkarlanıb

Oxşar xəbərlər