Masallıda rabitə dirəyi yola tərəf əyilərək təhlükə yaradır. Bu haqda bu gün, 4 aprel tarixində Cenublu.az xəbər verir.
Sözügedən təhlükə mənbəyi Mahmudavar kəndində yerləşir. Sakinlər bildirirlər ki, bu yoldan tez-tez avtomobillər keçir, məhəllə sakinləri uşaqlarını bu yolla məktəbə aparırlar. Dirəyin aşacağı halda həm yol bağlanacaq, həm də rabitə naqilləri zərər görəcək.
Kənd camaatı məsələnin tez bir zamanda həll olunacağına ümid edirlər.