Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.
Düşən yağıntının miqdarı Lerikdə 7, Astarada 3, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, və Cəlilabadda isə 1 mm-dir.
Sabirabad və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.