Dekabrın 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Lənkəran və Yardımlıda 3 mm-dir.
Sabirabad, Biləsuvar və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.