Aprelin 10-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Düşən yağıntının miqdarı Astarada 8, Lerik, Yardımlı, Lənkəran, Biləsuvar və Cəlilabadda 7mm-dir.
Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200-500 m-dək məhdudlaşıb.
Dağlıq rayonlarda 9 dərəcəyədək isti qeydə alınıb.