Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində verir.
Rafiq Cəlilov Həsənli kənd sakinlərini qəbul edib. Burada rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib. Səsləndirilən məsələlər yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərin həlli üçün tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.