Cəlilabad rayonunun Günəşli kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.
Belə ki, ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 22 ton ot bağlamasının 14 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.