Cəlilabadda yenicə ailə quran gənc özünü asıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 oktyabr tarixində Lent.az-a istinadən verir.
Hadisə rayonun Məşədihüseynli kəndində baş verib. Cəlilabad şəhərində yaşayan 28 yaşlı Cavid Rafiq oğlu Tarverdiyev atası ilə birgə tikinti materialları alaraq kəndə - ata evinə gəlib. Elə buradaca o, naməlum səbəbdən həyətdəki ağacdan pres ipi ilə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.