Cəlilabad şəhərində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 105 m² olan talvarın altında tikilən sahəsi 6 m² olan hin yanıb, yüksək temperaturdan talvarın lambirdən ibarərət tavanı əriyib.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov söndürülüb.