MİHİ Cəlilabad komitəsinin dəstəyi ilə şəhid və qazi ailəsinə baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.
Ziyarət mərasimində Cəlilabad rayon Mədəniyyət Mərkəzi 4 saylı şəhər klubunun əməkdaşları və Lənkaran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev iştirak ediblər. Onlar şəhid Maarif Səfərovun və bir ailənin iki qazisi olan Hasil və İbrahim Mehtiyev qardaşlarının ailələrini ziyarət ediblər.