Cəlilabadda sahibsiz itlər insanların təhlükəsizliyini təhdid edir.
Cenublu.az xəbər verir ki, sakinlər hətta Rayon Mərkəzi Xəstəxanasının həyətində də rahat nəfəs ala bilmirlər.
Şikayətçilər deyirlər ki, onlar bu heyvanların qorxusundan Cəlilabad küçələrinə çıxmağa ehtiyat edirlər.
İtlər insanların üzərinə hücum edir və hətta dişlədikləri hallar da olub. Həmin heyvanların da peyvənd olunub-olunmadıqları bilinmir.
Şikayətçilər aidiyyəti qurumlardan bu acınacaqlı durumla bağlı əməli tədbir görülməsini tələb edirlər.