Cəlilabadda Milli Qəhrəman Səfa Axundovun 66 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.
Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə 8 saylı şəhər məktəbinin şagirdləri iştirak ediblər. İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Uşaq şöbəsinin baş kitabxanaçısı Gülzar Qubadova qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verib.
Yekunda məktəblilərin ifasında şəhidlər haqqında şeirlər səsləndirilib.