Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən inzibati ərazidə hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün,1 may tarixində verir.
Tədbirlər nəticəsində tütün məmulatlarından istifadə qaydalarını pozan 12, qanunsuz küçə ticarəti ilə məşğul olan 10, məişət tullantılarını urnalardan kənara atan 15, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin tələblərini pozan 5 nəfər barəsində protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.