Cəlilabad şəhər 10 saylı körpələr evi-uşaq bağçasında uşaqlar üçün hekayə saatı təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində verir.
Mərkəzi Kitabxananın Uşaq şöbəsinin baş kitabxanaçısı Gülzar Qubadova Melike Günyüzün "Timsah Temsinin su yarışı" kitabından hekayə oxuyub. Daha sonra o, uşaqlarla viktorina keçirib.