Cəlilabadda itkin düşən 21 yaşlı qız Bakı şəhərində tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 may tarixində Report.az-a istinadən verir.
Rayon sakini L.Hüseynova mayın 15-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Cəlilabad RPŞ-nin əməkdaşları axtarış tədbirləri həyata keçiriblər. Nəticədə gəncin Bakıda olduğu müəyyən edilib.