Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Alar kəndi ərazisində baş verib. Kənd sakinləri, 18 yaşlı İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 19 yaşlı R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqlandıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.