Cəlilabad rayonunda 2022-2023-cü tədris ilinin yekununa dair hesabat xarakterli tədbir keçirilib. Bu haqda Cenublu.az bu gün, 24 iyun tarixində məlumat verir.
Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Toplantıda cari tədris ilində görülmüş işlər, əldə olunmuş uğurlar və aşkarlanmış nöqsanlar, qarşıda duran prioritet məsələlər və hədəflər barəsində müzakirələr aparılıb.