Cəlilabad rayonunun Moranlı kəndində canavarlar qoyunlara hücum ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 may tarixində Apa.az-a istinadən verir.
Belə ki, kənd sakini İxtiyar İsayevə məxsus 6 baş xırdabuynuzlu heyvan tələf olub, 4-ünə isə xəsarət yetirilib.
Sakinlərin sözlərinə görə, oxşar vəziyyət nadir hallarda baş verir.