Cəlilabad rayonunun Sabirabad kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 153 kv.m olan, 3 otaq və aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.