Cəlilabad rayonunun Sabirabad kəndində baş vermiş yanğın nəticəsində birmərtəbəli ev tamamilə yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində Bizim.media-ya istinadən verir.
Belə ki, 63 yaşlı Gülzar Ağamalıyevaya məxsus ümumi sahəsi 153 kv.m olan, 3 otaq və aynabənddən ibarət birmərtəbəli evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb.
Hadisənin səbəbləri araşdırılır.