Cəlilabadın Ağdaş kəndində yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Bu haqda Cenublu.az bu gün, 30 iyun tarixində Apa-ya istinadən xəbər verir.
Belə ki, Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisənin vətəndaş Valeh Şirinzadə tərəfindən törədildiyi müəyyən olunub. Belə ki, o, ona məxsus həyətyanı sahədə təmizlik işləri apararkən yanğın baş verib və ehtiyatsızlıqdan alov biçilmiş taxıl sahəsinə keçib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.