Cəlilabad rayonunun Ağdaş kəndində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yanğın bələdiyyəyə aid ərazidə baş verib. Nəticədə 30 ha biçilmiş taxıl sahəsi və 30 ha sahədə quru ot, kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.