Cəlilabadda Dövlət Məşğulluq Xidmətinin vətəndaşa verdiyi arı ailələri qısa müddətdə tələf olub.
Cenublu.az xəbər verir ki, rayonun Pərdi kənd sakini Asif Əliyev təsərrüfat yaratmaq məqsədilə müraciət edib və nəticədə ona 20 arı ailəsi təqdim edilib. Lakin bir neçə gün ərzində bütün arı ailələrinin məhv olduğu məlum olub.
Asif Əliyevin sözlərinə görə, arıların tələf olmasına xəstəlik səbəb olub. O, məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinə müraciət edib və qurumun nümayəndələri təsərrüfata baxış keçiriblər.
Faktla bağlı araşdırma aparılır.