top
Cəlilabadda ailə münaqişəsi: Arvadını döyən ər azadlığa buraxıldı
19 aprel 2025, 04:00
- ↺ +

Cəlilabadda ailə münaqişəsi: Arvadını döyən ər azadlığa buraxıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabadda ailə arasında dava olub.

Cenublu.az-ın məlumatına görə, hadisənin istintaqı Cəlilabad Rayon Məhkəməsində keçirilib.

Belə ki, kənd sakini Namiq (ad şərtidir) evində arvadı Gözəl (ad şərtidir) ilə ona xəyanət etməsi üstündə mübahisə edib. Mübahisə münaqişəyə çevrilib və ər avradını vəhşicəsinə döyməyə başlayıb.

Namiqə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib:

“2003-cü ildən evlilik. Son iki ilə qədər aramızda heç bir ciddi problem və münaqişə olmayıb. Amma son iki il ərzində aramızda problemlər yaranmağa başlayıb və tez-tez dalaşırıq. Gözəl ona xəyanət etdiyimdən şübhələnir. Lakin mən arvadıma xəyanət etməmişəm. Bununla belə, yoldaşım əsassız mübahisələr etməyə başladı və aramızda olan narazılıqdan xəbəri olan qayınanam ötən ilin iyul ayında Gözəli yaşadığımız evdən öz evinə apardı. Həmin dövrdə arvadım dörd gün anasının evində qaldıqdan sonra yenidən yaşadığımız evə qayıtdı. Evdən getmə halları bir neçə dəfə təkrarlandı. Hadisə günü də baldızım arvadımı evini aparmaq istəyəndə yenidən dava yarandı”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gözəlin sözlərinə görə, Namiqin xəyanətini görəndən sonra münasibətləri korlanıb:

“19 yanvar 2024-cü ildə, saat 22 radələrində ərimin başqa bir qadınla mobil telefonla danışığının şahidi oldum. Buna görə də aramızda mübahisə baş verdi. Ərim məni evdən qovdu. Mən təxminən 3 ay qaynımın evində qaldım. 3 aydan sonra Rusiya Federasiyasında yaşayan digər qaynım gələrək bizi barışdırdı. Hadisə günü də belə bir hal baş verdi. Namiq bu zaman məni döydü”.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Namiqi barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Oxşar xəbərlər