top
Cəlilabadda 6 yaşlı uşaq məktəbə qeydiyyata düşə bilmir
08 aprel 2025, 02:33
- ↺ +

Cəlilabadda 6 yaşlı uşaq məktəbə qeydiyyata düşə bilmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabadda 6 yaşlı Malik məktəbə getmək üçün qeydiyyata düşə bilmir. 

Qafqazinfo.az xəbər verir ki, bu barədə uşağın atası Xalid Quliyev bildirib. Səbəb isə çox qəribədir: “Azyaşlının anasının adı doğum evində səhv yazılıb…”

X.Quliyevin sözlərinə görə, xəstəxanadakı yanlışlıq səbəbindən övladına indiyə kimi heç bir sənəd, o cümlədən, doğum haqqında şəhadətnamə də ala bilməyib: “Oğlum 2019-cu ildə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında doğulub. Doğularkən xəstəxanadan ona verilən sənəddə anasının adı səhv qeyd olunub. Yoldaşımın sənəddə adı Şəbnəmdir, amma el arasında ona Zəhra deyirlər. Həmin sənəddə də Zəhra yazıldığına görə ona doğum haqqında şəhadətnamə ala bilmirəm. Halbuki öz səhvlərini düzəltməlidirlər”. 

Ata deyir ki, yaşadıqları Cəlilabadın Alar kəndinin İcra Nümayəndəliyinin verdiyi arayışda da ananın Şəbnəm olması təsdiqlənib. Amma bu da məsələnin həllinə kömək edə bilməyib. 

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlanılsa da, cavab gəlməyib. 

Ədliyyyə Nazirliyindən isə bildirib ki, vətəndaş öncə tibb müəssisəsinə müraciət etməli, doğum haqqında tibbi sənəddə müvafiq düzəliş edilməlidir: “Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Qeyd olunan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilir və yalnız bundan sonra doğum dövlət qeydiyyatına alınmaqla valideynlər doğum haqqında şəhadətnamə ilə təmin edilirlər.

Qeyd olunan halla əlaqədar vətəndaş öncə tibb müəssisəsinə müraciət etməli, doğum haqqında tibbi sənəddə müvafiq düzəliş olunmalıdır”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Oxşar xəbərlər